Əlvida "mələklər" - İlin ən çox gözlənilən şousu olmayacaq FOTOLAR

23 Noyabr, 2019 10:22 | Həyat Tərzi | Baxış sayı: 117
VS "mələkləri"
VS "mələkləri"

"Victoria's Secret" bu il "mələklər"ini səhnəyə çıxartmayacaq

İlin ən məşhur şoularından biri təxirə düşdü. 25 il ərzidə ilk dəfə olaraq ilin ən önəmli moda nümayişi olan - "Victoria's Secret"in illik şousu baş tutmayacaq. Brend böyük nüfuz problemlərinə görə bu il "mələkləri"ni səhnəyə çıxara bilməcək. VS brendi modellər arasında müxtəlifliyin olmamasında ittiham olunur.

"Mələkləri" ilə məşhur olan "Victoria's Secret" ilk şousu 1995-ci ildə baş tutub. Ancaq ötən il onun reytinqi ən aşağı həddə düşüb. 2001-ci ildə 12 milyon insanın izlədiyi nümayişə ötən il cəmi 3,3 milyon adam baxıb. 

Xatırladaq ki. bu şoularda moda dünyasının ən məşhur simalaçrı podiuma çıxırdılar. Planetin ən gözəl və cazibədar qadınları firmanın ən yeni alt geyimlərini nümayiş etdirirdilər. Modellər səhnəyə müxtəlif qanad atributları ilə çıxdıqları üçün "mələklər" adlandırılıblar.