"Bura Allahın evidir" deyib nazirə yer vermədi

23 Noyabr, 2019 14:00 | Həyat Tərzi | Baxış sayı: 230
Türk nazir cümə namazında
Türk nazir cümə namazında

Cümə namazında maraqlı hadisə

Türkiyədə cümə namazı üçün məscidə gedən nazirə yer verilməyib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə Sinop şəhərində baş verib. Ətraf mühit və Şəhər naziri Murat Kurum araşdırmalar aparmaq üçün adıçəkilən şəhərə səfər edib. Cümə namazını qılmaq üçün nazir şəhərin mərkəzindəki tarixi məscidə üz tutub.

Deputat, bələdiyyə sədri ilə məscidə girən nazir ön sırada, müftinin yanında oturmaq istəyib. Lakin bu yer hər zaman eyni yerdə namaz qılan 75 yaşlı 3 uşaq atası tərəfindən tutulmuş olub. Nazirin gəlişindən öncə onu "burada nazir oturacaq, sən arxana keç" deyə yerindən qaldırmaq istəyiblər. Lakin Bilal Göbeloğlu adlı yaşlı kişi "bura Allahın evidir. Kim gəlirsə gəlsin yerimdən qalxmıram deyə cavab verib. 

Məscidə gələn nazir Göbeloğlu ilə müftinin arasında oturmaq istəyib. Bu zaman da yaşlı kişi ona "bura müftinin yeridir. "Oturmaq olmaz" deyə xəbərdarlıq edib. Yalnız din xadiminin icazəsindən sonra nazir əyləşə bilib.