Bu ölkələrə getməmiş iki dəfə düşünün

23 Noyabr, 2019 12:25 | Həyat Tərzi | Baxış sayı: 139
Turist
Turist

2020-ci ilin Səyahət riski xəritəsi açıqlandı

2020-ci ildə səyahət etmək üçün dünyanın təhlükəli ölkələrinin adları açıqlanıb. "International SOS"un qlobal risk mütəxəssislərinin hazırladıqları siyahıda ölkələrin təhlükəsizlikləri 3 faktora görə müəyyən edilib. Bunlar - səhiyyə, təhlükəsizlik və yolların vəziyyətidir. Yollardakı təhlükəsizlik 100 min adam arasındakı ölüm səviyyəsi ilə ölçülüb.

Ümumiyyətlə isə burada yolxucu xəstəliklər, təcili yardım xidməti, ətraf mühitin təsirləri, keyfiyyətli əczaçılıq məhsullarına əlçatanlıq, mədəniyyət, dil səviyyəsi və s. amillər də diqqətdən kənarda qalmayıb. 

Səyahət riski xəritəsində təhlükəsizlik riski olan ölkələr arasında Liviya başçılıq edir. Onnu Somali, mali, Suriya, Mərkəzi Afrika, Cənubi Sudan, İraq, Yəmən, Əfqanıstan kimi ölkələr izləyir. 

Təhlükəsizliyin yüksək olduğu ölkələrin siyahısında isə. İslandiya, Norveç, Finlandiya, Danimarka, İsveçrə, lüksenburq, Sloveniya, Andora və s. var.