Dünyanın ən qeyri-adi məscidi FOTOLAR

23 Noyabr, 2018 14:45 | Həyat Tərzi | Baxış sayı: 142
Köln məscidi
Köln məscidi

Məscid Almaniyada inşa edilib

Bu məscid dünyanın ən maraqlı və gözəl dizaynlarından birinə sahibdir. Söhbət Almaniyanın Köln şəhərindəki ibadət ocağından gedir. Köln Mərkəzi məscidinin inşaasına 2009-cu ildən başlanılıb. Lakin müəyyən səbəblərdən tikinti yarımçıq qalıb. Məsciddə işlər isə ötən il başa çatdırılıb. 

Avropanın ən böyük məscidlərindən biri hesab edilən bu bina Türkiyənin dəstəyi ilə Almaniyada müsəlmanları təmsil edən DITIB tərəfindən tikilib. 

Tikinti 20 milyon avroya kimi xərc aparıb, orada çalışanların sayı isə 4 mindən artıq olub. Görüntüsü ənənəvi binalardan çox fərqli olan məsciddə eyni anda 2000 dən çox insan ibadətlə məşğul ola bilər. 

4500 kvadrat metr ərazidə inşa edilən ibadət ocağı iki qübbə və iki minarədən ibarətdir. Qübbənin hündürlüyü 35, minarələr isə 55 metrdir. 

Onun görüntüsü Sidneydəki opera binasını xatırladır.