Bu gün Bakı Parisdə qalib ola bilər

23 Noyabr, 2018 08:59 | Həyat Tərzi | Baxış sayı: 45
EKSPO-2025
EKSPO-2025

EKSPO-2025 Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər seçiləcək

Bu gün Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq Sərgi Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında keçiriləcək səsvermə zamanı EKSPO-2025 Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər seçiləcək.

Namizəd şəhərlər arasında Bakının da adı var. Paytaxtın əsas rəqibləri isə Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) şəhərləridir. 

Bakı və Yekaterinburqdan fərqli olaraq Osaka 1970-ci ildə bir dəfə bu sərgini qəbul edib. 

EKSPO 170-dən çox ölkənin iştirakı ilə keçirilən ən böyük beynəlxalq sərgidir. Bu ölkələr hər beş ildən bir elm, texnika, memarlıq və incəsənət sahəsində əldə etdikləri ən yaxşı nailiyyətlərini nümayiş etdirirlər.

Bundan əvvəl Parisdə Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə həsr olunan simpozium keçirilib.