Xərçəngin müalicəsində inqilab

23 Sentyabr, 2019 15:28 | Həyat Tərzi | Baxış sayı: 179
Xərçəng hüceyrəsi
Xərçəng hüceyrəsi

Amerikalı alimlər ən effektiv yolu açıqladılar

Xərçəng xəstəliyinin müalicəsində inqilabi sayıla biləcək üsul açıqlanıb. ABŞ-dakı Stenford universitetinin alimləri CAR T- hüceyrə terapiyasının immun sistemini gücləndirmək üçün ən yaxşı vasitə olduğunu düşünür.

Araşdırmaçılar terapiyanın effektivliyini kliniki məlumatlar əsasında dəyərləndiriblər. Onların sözlərinə görə, CAR T sağalmaz hesab edilən bədxassəli şişlərlə mübarizədə effektiv nəticələr nümayiş etdirib. Düzdür bu çətin üsuldur və heç də hər zaman effekt vermir. Lakin gələcəkdə çatışmazlıqların aradan götürülməsi mümkündür. 

Mütəxəssislər bu yolun 93 xəstədən 60-da müsbət nəticə verdiiyni açıqlayıblar.