Sümüklərimizi, böyrəklərimizi dağıdan içki tapıldı

23 İyul, 2019 13:50 | Həyat Tərzi | Baxış sayı: 391
İçki
İçki

Kofein və ortofosfat turşusu kalsini sovrulmağa qoymur

Şirin qazlı içkilər sümüklərimizi daxildən məhv edir. Bundan başqa bu "dadlı zəhər" bir sıra başqa xəstəliklərə də yol açır. 

Qazlı içkilərin tərkibindəki kofein və ortofosfat turşusu kalsinin sovrulmasına mane olur. Müntəzəm olaraq belə içkilərdən istifadə bud-çanaq oynağında sümüklərin möhkəmliyini azaldır. Gün ərzində 330 mq kofeindən istifadə sümük toxumasının itirilməsinə gətirib çıxarır.

Tərkibində spirt olmayan və ilk baxışdan təhlükəsiz kimi görünən bu içki çəki artımına da səbəb olur. Yarım litr içkidə 9 qaşıq şəkər var. "Pəhriz" içkiləri kimi təqdim edilən butulkalar da o qədər "məsum" deyillər, çünki onların da təkibində şəkər əvəzləyiciləri var. Bu isə hormonal problemlər üçün zəmin hazırlayan maddələrdir. 

Qazlı içkilər diş emalını da aparır və böyrəkdə daşların əmələ gəlməsinə yol açır.