Bu qadın bir həftədən də az vaxta Everestə iki dəfə çıxıb

23 May, 2017 11:57 | Həyat Tərzi | Baxış sayı: 69
Anşu Camsenpa
Anşu Camsenpa

Ötən həftə buna cəhd edən 3 alpinist həlak olub

37 yaşlı Hindistan sakini Anşu Camsenpa (Anshu Jamsenpa) Everest zirvəsinə 4 günlük fasilə etməklə iki dəfə qalxıb - mayın 16-da və 21-də.

Anşu Camsenpa 2011-ci ildə də Everestə 2 dəfə qalxıb. O vaxt Anşu bu nailiyyəti əldə etmək üçün 10 gün vaxt sərf edib.

Anşunun əldə etdiyi nailiyyətin qadın alpinistlər üçün yeni dünya rekordu kimi qeyd olunacağı gözlənilir. Qadınlar arasında Everestə təkrar qalxma müddəti üzrə hazırkı Ginness rekordu 7 günə bərabərdir.

Everest dünyanın ən yüksək zirvəsi sayılır.

Ötən həftəsonu Everestə qalxmağa cəhd edən 3 nəfər - ABŞ, Avstraliya və Slovakiya alpinistləri - həlak olublar.

Hindistandan olan dördüncü alpinist isə Everest zirvəsinə qalxdıqdan sonra yoxa çıxıb, xilasedicilər onun axtarışını davam etdirirlər.