Həkimlər möcüzəyə imza atdılar - bir dəfəyə 3 orqan

23 Aprel, 2019 11:18 | Həyat Tərzi | Baxış sayı: 87
Əməliyyat
Əməliyyat

9 yaşlı uşağı ölümün pəncəsindən xilas etdilər

Rusiyada həkimlər möcüzəli sayıla biləcək bir əməliyyata imza atıblar. İstiPress-in məlumatına görə, onlar eyni adna azyaşlı xəstənin 3 orqanını dəyişə biliblər.

9 yaşlı uşaq ağır genetik xəstəlikdən əziyyət çəkib. Onun ağ ciyərləri və qaraciyəri fəaliyyətini tamamilə dayandırmış vəziyyətdə olub. Azyaşlı nə sərbəst nəfəs ala, nə də gəzə bilmirdi. 

Saxalindən Moskvaya gətirilən uşağın əməliyyatı Rusiyada bir ilk olub. Qərb ölkələrində isə bənzər əməliyyatlar cəmi bir neçə dəfə olub.

Şumakova adına milli transplantalogiya mərkəzinin həkimləri bu əməliyyata 9 ay hazırlaşıblar. Əməliyyat fevral ayında olub və 16 saat davam edib. İndi transplantoloqlar əməliyyatın nəticəsini çox uğurlu qiymətləndirirlər. İndi Mişa özü sərbəst şəkildə gəzə də bilir.