Azərbaycanın ən hündür, sərt və çətin əyləncəsi

23 Yanvar, 2019 16:56 | Həyat Tərzi | Baxış sayı: 313
Şahdağ istirahət mərkəzi
Şahdağ istirahət mərkəzi

Adrenalin yaşamaq istəyənlərin üz tutduğu ünvan

Qusar ərazisində yerləşən "Şahdağ" turizm mərkəzində bu qış mövsümündə istifadəyə verilmiş 5-ci kanat yolu dəniz səviyyəsindən 2351 metr hündürlükdə yerləşir.

IstiPress-in şimal bürosunun məlumatına görə, bu, Azərbaycanın ən hündür kanat yoludur. Ən hündür, sərt və çətin sürüşmə zolağı da elə burada yerləşir.

Adrenalin yaşamaq istəyən turistlər buradan - 2640 metr uzunluğu olan sürüşmə zolağından sürüşürlər. Azərbaycanın ən hündür massivdə yerləşən restoranı da məhz 2351 metr hündürlükdə yerləşir. Yaxın zamanda bu unikal restoranın istifadəyə veriləcəyi nəzərdə tutulur.

"Şahdağ"turizm mərkəzinin marketinq direktoru Rauf Cahangirov İstiPress-ə məlumat verib ki, indi qış dövrünün ən qarlı dövrü olduğundan turistlər Şahdağa çox axın edirlər. Həftə sonları burada 2 min nəfərdən artıq yerli və xarici turist qışın ləzzətini çıxarmağa gəlirlər, xizək, kanat yolu və digər əyləncələrdən istifadə edirlər.

Rauf Cahangirov bu unikal dağ kurortuna dəmiryol xəttinin çəkiləcəyi barədə məlumatlı olsa da, bu istiqamətdə aparılan işlərdən xəbərsiz olduğunu bildirib.

Şahdağ
Şahdağ