Arıqlamaq istədi, böyrəklərini itirdi - dünyanın ən gözəl qızının faciəsi FOTO

22 Dekabr, 2018 14:14 | Həyat Tərzi | Baxış sayı: 278
Bea Rose Santiaqo
Bea Rose Santiaqo

İndi "Dünya gözəli" dializə bağlı yaşayır

Arıqlamaq istəyi dünyanın ən gözəl qızına baha başa gəldi. İstiPress-in məlumatına görə, 28 yaşlı filipinli Bea Rose Santiaqo "Miss International 2013"də 66 ölkənin nümayəndəsini qabaqlayaraq əsas taca sahib çıxa bilmişdi. Lakin indi o xəstəxana otaqlarında həyatda qalmaq üçün mübarizə aparır. 

Rose Santiaqo artıq böyrəklərinin fəaliyyətini dayandırdığını açıqlayıb. Buna səbəb isə onun çəkisini qorumaq üçün həddindən artıq ağır idman etməsi və qida əlaəvələrindən istifadəsi olub. "Son zamanlarda idmanı ağırlaşdırmışdım. Bu müddətdə müxtəlif idman məhsullarından da istifadəyə başlamışdım.  Xahiş edirəm bu məhsullardan istifadə etməmişdən öncə mütləq şəkildə həkimlə məsləhətləşin".

Böyrək çatışmazlığı diaqnozu gözəl qıza bir neçə ay öncə qoyulub. Bununla yanaşı o dözülməz miqren ağrılarından da əziyyət çəkdiyini bildirib. Fillipinli qız aylardır Kanadada dializ cihazına bağlı halda yaşamağa çalışır. Onun xilası üçün yeganə yol isə böhrək nəqlidir.