Maşın qiymətinə palto bomja oxşatdı FOTO

22 Dekabr, 2017 12:05 | Həyat Tərzi | Baxış sayı: 297
Maşın qiymətinə olan palto
Maşın qiymətinə olan palto

Fransız modelyerlər gözlədiyiklərini görmədilər

Maşın qiymətinə olan palto fransız modelyerləri məyus etdi. İstiPress-in məlumatına görə, "Balenciaga" moda evi tərəfindən hazırlanan bahalı geyim gözlənilən reaksiyanı verməyib. Dama-dama rəngli parçadan hazırlanan kişi paltosunun fotosu şirkətin "İnstagram" hesabında yerləşdirilib. 

Modelin boş sahədə dayanaraq paltonu nümayiş etdirdiyi fotonu bir sutkada 35 minə yaxın adam bəyənib. Lakin izləyicilərin fikri birmənalı olmayıb. Bir bu qədər də insan şərhlərində paltonu gecənin bomja bənzədiyini bildirib. "Kim evsiz qocaya bənzəmək istəyər?". Onlar yeni kolleksiyada yer alan geyimin küçədə yaşayan insanlar üçün nəzərdə tutulduğunu qeyd ediblər. 

Qeyd edək ki, "Balenciaga"nın saytında bu paltonun qiyməti 3200 dollar göstərilib. 

Yeni kolleksiya
Yeni kolleksiya