Gəzmək üçün ən təhlükəli və təhlükəsiz ölkələr XƏRİTƏ

22 Noyabr, 2018 13:45 | Həyat Tərzi | Baxış sayı: 98
Səyahət
Səyahət

Siyahıda Azərbayacanın da adı var

Turistlər üçün təhlükəli və ən təhlükəsiz ölkələrin siyahısı hazırlanıb. Bu siyahını "International SOS" şirkətinin mütəxəssisləri tərtib ediblər. 

Fərqli təhlükə səviyyəsinin göstərildiyi xəritənin hazırlanmasında siyasi zorakılıq, terror fəaliyyəti, özbaşınalıqlar və müharibələr, sosial gərginlik, cinayətlər və kiçik qanun pozuntuları nəzərə alınıb.

Xəritənin tərtib olunmasında həmçinin nəqliyyat infrastrukturunun, istehsalın, fövqəladə xidmətlərin və təhlükəsizlik strukturlarının etibarlılığı, təbii fəlakət ehtimalı da nəzərədən qaçmayıb. 

Qeyd edək ki, ölkələr beş risk kateqoriyası üzrə bölünüb - cüzi, aşağı, orta, yüksək və ekstrimal. Birinci kateqoriyaya Avropa dövlətlərindən Danimarka, İslandiya, Lüksemburq, Norveç, Sloveniya, Finlandiya və İsveçrə daxildir.

Xəritədə göstərilən məumatlara əsasən, ölkələrin əksəriyyətində risk səviyyəsi aşağıdır. Bu kateqoriyaya daxil olan ölkələr arasında Böyük Britaniya, İordaniya, Oman, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Gürcüstan, Azərbaycan və Özbəkistanı göstərmək olar.

Risk yüksək olan ölkələr əsasən Afrika və yaxın Şərqdədirlər. Azərbaycanın şimal qonşusu olan Rusiya isə səyahətçi üçün orta riskli ölkə kimi qeyd edilib.