Sağlam və gözəl saçlar üçün bunları edin

22 Noyabr, 2016 13:45 | Həyat Tərzi | Baxış sayı: 32
Sağlam saçlar
Sağlam saçlar

Saçları şaxtadan qorumağın ən asan yolu

Qış artıq qapımızı kəsdirib. Fəslin ilk qarı, ilk şaxtası da özünü göstərib. Qarşıda hələ bizi bir neçə ay sərt soyuqlar, şaxtalı hava, küləklər gözləyir. Bu isə həm dərimiz, həm də saçımız üçün ziyandır. Bu fəsildə xüsusilə saçın parlaqlığı, sağlamlığı, qırılmaların qarşısını almaq üçün xüsusi maskalar edilməlidir.

İstiPress möcüzəyə səbəb olacaq, evdə belə rahat hazırlanması mümkün olan 3 maskanı təqdim edir. Maskaları saçı yumamışdan bir saat öncə edin və möcüzəni gözünüzlə görün. 

Avokado maskası
Qidalandırıcı yağlar, A, B, E və D vitaminləri ilə zəngin olan avakado saçlara enerji verir, Bunun üçün isə bir avakadonu yumurta ilə qatın. Həm saç dibinə, həm də özünə sürtün. Maska dərini dərindən nəmləndirir. Təsiri isə saçlarda görünür. 

Yağ maskası
Hindistan cevizi, zeytun və hind yağı möhtəşəm üçlükdür. Əslidə təmizlənməsi çətin olsa da, nəticə hər şeyə dəyər. Hindistan cevizi və zeytun yağı parlaq, hind yağı isə güclü saçlara sahib olmaq üçün ən asan yoldur.

Bal maskası
Bal saçları daha güclü və sağlam edəcək. Balın daha bir faydası saçları yumşaltmaqdır. Bunun üçün sizə ancaq bal və bir çay qaşığı alma sirkəsi kifayətdir.