"iPhone" işlədənlərə pis xəbər

22 Avqust, 2019 13:37 | Həyat Tərzi | Baxış sayı: 84
"iPhone"
"iPhone"

Haker hücumlarına məruz qala bilərsiz

"Apple"ın ötən həftələrdə istifadəçilərinə təklif etdiyi iOS 12.4 yenilənməsində problemlər aşkarlanıb. Təhlükəsizliklə bağlı problemə görə, istifadəçilərin şəxsi məlumatlarının açıq qaldığı, haker hücumlarından qorunmanın işə düşmədiyi bəlli olub. 

Sistemdəki xətanı "Google"nin araşdırmaçıları təsbit ediblər. "Jailbreak" prosesi iOS ilə birlikdə olan təhlükəsizlik divarının olmaması səbəbindən istifadəçilər üçün böyük risklər daşıyır.

Mütəxəssislər hələlik iOS 12.4 yenilənməsini yükləməyi məsləhət görmürlər. Yenilənmə tədbiqi olan telefonlarda isə geriyə dönüş mümkün deyil. Bunun üçün də iOS 12.4 ilə işləyən telefon sahiblərinə hər hansı tədbiq yükləyən, şübhəli bağlantılara keçən zaman daha çox diqqətıli olmaq tövsiyyə edilib.