Hər gün için - xəstəliklərdən qoruyan qarışım

22 Avqust, 2019 14:24 | Həyat Tərzi | Baxış sayı: 149
Kokteyl
Kokteyl

Böyrəkləri təmizləyir, toksik maddələri bədəndən çıxarır

Böyrəklər bədənimizdəki ən önəmli orqanlardan biridir. Uzun və sağlam üçün onların fəaliyyəti normal olmalıdır. Orqanizmimizə daxil olan toksik maddələr böyrək xəstəliklərinə səbəb ola bilər. Onlar orqanizmimizin təmiz qalması, qida ilə orqanizmimizə girən toksik maddələri təmizləmək üçün gündə 200 litrə yaxın qanı süzürlər. Bu yolla bədəndən sidik yolu ilə 2 litrə yaxın material atılır. 

Bədənimizin ən təhlükəli düşmənləri duz, geni dəyişən qidalar, süni dadlandırıcılar, qazlı içkilər, kofein və siqaretdir. Böyrəyinizin daha yaxşı çalışaraq toksik maddələri sürətlə atmasını istəyirsinizsə ona qulluq etməyiniz şərtdir. Bunu isə ən asan yollarla etmək mümkündür. Məsələn adi içkilər hazırlamaqla. Bəs bu içki necə hazırlanır?

Yarım limon
1 ədəd kivi 
¼ fincan qoz 
1 banan 
Yarım dəstə cəfəri
1 stəkan su 

Bütün məhsulları blenderdə qarışdırın və əldə edilən kokteyli saxlamadan için. 

Kokteyli daha da vitaminli etmək istəyirsinizsə ona yarım avakado, ispanaq və kələm də əlavə edə bilərsiniz.