Oturaq həyat tərzi ölümə aparır

22 Avqust, 2017 09:24 | Həyat Tərzi | Baxış sayı: 178
Piylənmədən əziyyət çəkən insan
Piylənmədən əziyyət çəkən insan

Belə həyat tərzi ciddi fəsadlar yaradır

Günün müəyyən saatlarını işdə oturaraq keçirən insanların, demək olar ki, sosial həyatı və davamlı olaraq bir məşğuliyyəti yoxdur. Hətta gündəlik hərəkət tələb edən işlər üçün belə daha asan yollardan istifadə etmək imkanı varkən, hərəkət üçün çalışan çox az insana rast gəlmək mümkündür.

Fiziki aktivliyin çatışmazlığı artıq çəkinin yaranmasından əlavə, həm də psixi pozğunluqlara səbəb ola bilər. Bu nəticəyə Britaniya alimləri gəliblər. Onların məlumatlarına əsasən, Britaniyada yalnız kişilərin 35%-i, qadınların isə 25%-i mütəxəssislər tərəfindən məsləhət görülən fiziki aktivlik normasını yerinə yetirirlər. Bristol Universitetinin tədqiqatçıları təyin ediblər ki, fiziki aktivlik Alzheimer xəstəliyinin inkişaf riskini 30% azaldır. Alimlər hələlik belə bir əhəmiyyətli effekti izah edə bilmirlər, lakin güman edirlər ki, buna ürək-damar sisteminin funksiyasının yaxşılaşması, həmçinin baş beyində kimyəvi proseslərin dəyişməsi səbəb olur.