Pulsuz viaqra paylanılacaq

22 May, 2019 10:52 | Həyat Tərzi | Baxış sayı: 254
Viaqra
Viaqra

Məqsəd ölkə sakinlərinin sayınıa rtırmaqdır

Fransada ölkə sakinlərinin sayını artırmaq üçün qeyri-adi addım atılıb.
Montereau qəsəbəsində bələdiyyə cütlüklərə pulsuz  cinsi gücü artıran dərman - viaqra paylamaq niyyətindədir. Ölkənin şimalındakı qəsəbənin rəhbəri Jean Debouzynun sözlərinə görə, uşaqsız qəsəbə ölü qəsəbə hesab edilir. O, bildirib ki, hələlik dərman tədarükü başlamayıb. Yerli məclisdən razılıq alındıqdan sonra kampaniya start götürəcək.

Bələdiyyə başçısının qərarı səhiyyə haqqında qanun da pozulması hesab edilir. Belə ki, Fransa da viaqranı ancaq həkim resepti ilə əldə etmək mümkündür. Bələdiyyə isə heç bir mütəxəssis icazəsi olmadan təhlükəli addım atır.

Qeyd eədk ki, Fransa ölkənin gənc əhalisinin sayını artırmaq üçün müəyyən addımlar atıb. Məsələn, uşaqlı ailələr üçün vergi endirimi edilib, uşağa qulluq xidməti təklif edilir, uşaqlar 3 yaşına çatana kimi işləyən valideynlərə icazə verilir.

Məlumata görə, Fransada ötən il doğuş səviyyəsi 2,6 fazi olub. BU rəqəm İngiltərə, Almaniya, ABŞ-la müqayisədə yüsəkdir. Amma ötən illərlə müqayisədə ciddi azalma müşahidə edilir.