Evlənmək üçün qan içən kişilər FOTOLAR

22 Aprel, 2017 13:45 | Həyat Tərzi | Baxış sayı: 247
Afrikalı qadın
Afrikalı qadın

Onlar qanı inək nəcisli qabda içirlər

Afrika ən qədim sivilizasiya beşiklərindən biridir. Bu qitədə onlarla qəbilə, tayfa bu gün də ən qədim adət-ənənələrini qoruyub saxlayır. Bunlardan biri də Efiyopiyanın cənub-qərbində yaşayan Suri qəbiləsidir. Qəbilənin adətləri də olduqca maraqlıdır. Burada kişilər işləmirlər. Bütün yük isə ailənin qadınlarının üzərinə düşür. Buna baxmayaraq zərif cinsin nümayəndələri özlərinə qulluğa da vaxt ayırmağı unutmurlar.

Subay xanımlar gənc yaşlarından dodaqlarını yarırlar. Bu dəlikdə onlar iri boşqaba bənzər qab yerləşdirirlər. Bu o deməkdir ki, qab nə qədər böyük olarsa qadın bir o qədər dəyərlidir. Qız ailə quran zaman bu dəlik onun cehizinin də çoxluğuna imkan verir. 

Gənc Suri qızları bədənlərindən tablo kimi istifadə edirlər desək yanılmarıq. Belə ki, qızlar bədənlərində özlərini ifadə etmək üçün müxtəlif naxışlar, bəzəklər çəkirlər. 

Qəbilə Dongo adlandırılan döyüşləri ilə dünyada məşhurdur. Döyüşün məqsədi isə özünə həyat yoldaşı tapmaqdır. Döyüşdən bir gün öncə kişilər ağac köklərindən hazırlanan içki qəbul edirlər. Səhərə qədər isə heç nə yemək olmaz. 

Döyüş başlamamış onlar inək nəcisi ilə yuyulan qablarda bu heyvanın qanını içirlər. Bunun üçün isə heyvanı öldürmək yox, onun boynundna bir dəlik açmaq kifayət edir. Sonradan bu dəlik palçıqla qapadılır və qanaxma dayanır. 

Çətin savaşlar qadınları cəlb etmənin əsas yoludur. 

Ən qəribə adətləri ilə diqqət çəkən qəbilələrdən biri də Bodilərdir. Hər il yeni il mərasimi kimi kök adam yarışı keçirilir. Seçilən gənclər 6 ay ərzində inək qanı və süd ilə qidalanırlar. Nəticədə çəkilərini 2 dəfə artırırlar. 

"Ka'el" mərasimi adlanan bu ənənədə gün gəldiyində gənclər kəndə qayıdır və ən kök olan mükafatlandırılır.