Arıqlamağa mane olan tərəvəzlər

22 Aprel, 2017 09:53 | Həyat Tərzi | Baxış sayı: 170
Pəhriz
Pəhriz

Onlardan tam imtina da məsləhət deyil

 Çəki atmaq istəyən insanların ilk işi qida rasionunda tərəvəzin payını artırmaq olur. Amma sən demə heç də bütün tərəvəzlər arıqlatmır. Amerikalı dietoloqlar arıqlamağı çətinləşdirən tərəvəzlərin adlarını açıqlayıblar. Pəhrizdə olarkən belə tərəvəzləri olduqca diqqətlə seçmək lazımdır. 

Bunun üçün onlar illər ərzində minlərlə insan üzərində araşdırma aparıblar. Bəlli olub ki, yüksək nişasta dəyəri olan tərəvəzlər nəinki arıqladır, hətta kökəlməyə yol açır.
Ən ziyanlı tərəvəzlər isə qarğıdalı, kartof və noxuddur. Amma onları da tam olaraq siyahıdan çıxarmaq məsləhət deyil. Adıçəkilənlərin də tərkibində faydalı vitaminlər var. Sadəcə onların həcminə diqqətlə yanaşmaq lazımdır. 

Bundan başqa qazlı su və meyvə şirələrinin də ziyanı bir daha təsdiqlənib. Belə ki, adıçəkilən məhsullar yaddaşı və beyində qan dövranını korlayır.