Səyahət üçün ən ucuz ölkələr

22 Fevral, 2019 11:53 | Həyat Tərzi | Baxış sayı: 85
Belarus
Belarus

Gürcüstanda iki nəfərin iki həftə dincəlməsi üçün 1562 dollar kifayətdir

Səyahət üçün dünyanın ən ucuz ölkələrinin adları açıqlanıb. Siyahı iki  həftəlik tətil üçün lazım olan büdcəyə uyğun hazırlanıb. Ucuz tətilin ilk ünvanları Belarus, Moldava, Gürcüstan, Hindistan, Nepal, İndoneziya, Tanzaniya olub. 

Ekspertlər iki böyük insanın səyahət xərclərini hesablayıblar. Bura uçuş xərcləri, yaşayış yeri, qidalanma, nəqliyyat və əyləncə daxil edilib. 

Gürcüstana iki həftə dincəlmək üçün 1562 dollar kifayətdir. Hindistanda isə xərc cəmi 32 dollar artıq olacaq- 1594 dollar. 

Ən bahalı səyahət isə Afrika ölkəsi olan Mərəkeşədir.