Modellər başlarını əllərində apardılar

22 Fevral, 2018 14:28 | Həyat Tərzi | Baxış sayı: 149
"Gucci" moda nümayişi
"Gucci" moda nümayişi

Podiumda inanılmaz şou

Milanda moda həftəsində podiuma çıxan modellər hər kəsi təəccübləndiriblər. İstiPress-in məlumatına görə, "Gucci"nin modelləri başları əllərində podiuma çıxıblar. Onlar öz başları formasında aksesuarla tamaşaçıların marağına səbəb olublar. 

Başdan başqa modellərin aksesuarlarını əjdaha və ilanlar da əvəz edib. "Gucci"nin yaradıcı direktoru Alessandro Mikelenin podiumu əməliyyat otağı kimi göstərib. Bunun da səbəbi var. Onun sözlərinə görə, modelyer işi cərrahın işi kimi dəqiqlik tələb edir. 

Qeyd edək ki, bu moda həftəsinin ilk qəribə nümayişi olmayıb. İki gün öncə "Central Saint Martins" kollecinin dizaynerləri yeni kolleksiyalarını təqdim ediblər. Kolleksiyada yer alan geyimlər isə adət etdiyimiz kimi parçadan yox qəribə əşyalardan hazırlanıblar. Məsələn, uşaq əmziyi formasında plastikdən, prezervativ, şişmə döşşək, boşqablardan və s.