Qış depressiyasından qorunmağın yolu FOTO

21 Dekabr, 2018 14:00 | Həyat Tərzi | Baxış sayı: 78
İdman
İdman

Yay pozitivliyi qışda nə üçün itir?

Yaz və yay ayları insanların pozitiv enerjisinin yüksəldiyi dövrdür. Lakin bu pozitivliyi heç də hər zaman soyuq payız və ya şaxtalı qışda qoruyub saxlamaq mümkün olmur. Günəşli saatların qısalması, üst-üstə geyimlər, qış paltolarının qarderobda yer alması kimi səbəblərdən bu pozitivlik yerini depressiya və kədərə verə bilər. Bəs aylarla davam edən soyuq havada depressiyaya düşməmək üçün nə edə bilərik? 

İdman edin
Qış adətən gərgin iş qrafiki deməkdir. Bunun üçün də psixoloji olaraq daha güclü olmaq şərtdir. Lakin havadakı dəyişiklər bunu çətinləşdirə bilir. Stres yükünün artması depressiyaya kimi gedən psixoloji gərginliyə səbəb olur. Bundan xilas olmağın ən yaxşı yolu idmandır. İdman fiziki qüvvə ilə yanaşı immuniteti gecləndirir, sinir sistemi, ürək-damar sağlamlığını qoruyur. Bu müsbət amillər isə özünü sosial həyatınızda da göstərir. 

Azı 3 saat hərəkət 
Həftədə ən azı idmana 3 saat vaxt ayırın. Bundan sonra dəyişikliyi öz gözünüzlə aydın şəkildə görə biləcəksiniz. 

Seratonin və adrenalin
Psixoloji problemlərin həlli üçün müalicəyə xərclənən vəsait, zamanla yanaşı insan yavaş-yavaş əmək qabiliyyəti də itirir. Xəstəliklərin ən yaxşı müalicəsi isə sizi xoşbəxt edən anlardır. İdmanın hormonlar üzərindəki müsbət təsiri dəfələrlə sübut edilir. Fiziki hərəkət bədəni təbii dopinq olan seratonin və adrenalinlə təmin edir. 

Ağır yox, müntəzəm idman 
Psixologiyaya təsirləri idmanın ağırlıq dərəcəsinə görə dəyişir. Məsələn, həftədə bir dəfə edilən və çox ağır bir proqram yerinə günaşırı, lakin yüngül hərəkətlərə üstünlük verin. Motivasiyadan sonra idmanı vərdiş halına gətirin. Ancaq unutmayın ki, idman proqramı insanın yaşı, xəstəlikləri, fiziki qabiliyyətinə görə müəyyən edilməlidir.

Qış depresiyasından qorunmaq üçün ən yaxşı idman növləri isə aşağıdakılardır:
1. Yürüyüş
2. Qaçış 
3. Pilates
4. Fitnes
5. Yoqa
6. Üzmə