"WhatsApp" bu telefonlarda işləməyəcək - tarix açıqlandı

21 Noyabr, 2019 11:51 | Həyat Tərzi | Baxış sayı: 3829
WhatsApp
WhatsApp

"Windows Mobile" sisteminə verilən dəstək geri çəkilir

Dünyada bir milyarddan çox insanın istifadə etdiyi ani mesajlaşma sistemi olan "WhatsApp" bəzi telefonlara verdiyi dəstəyini geri çəkir. Söhbət "Windows Mobile" tədbiq sistemi olan ağıllı telefonlardan gedir. "WhatsApp" tədbiqi dekabrın 16-dan etibarən "Windows Store"dən çıxarılacaq.

Bundan sonra "Windows Store"dən bu proqramı yükləmək mümkün olmayacaq. Ancaq hazırda yüklənmiş olan "WhatsApp" tədbiqindən istifadə etmək mümkün olacaq. "WhatsApp" mağazadan çıxarıldıqdan sonra yenilənmə dəstəyi də kəsiləcək.

"Windows Mobile" Microsoftun böyük ümid bağladığı sistem idi. Hətta son çıxan "Windows 10 Mobile" ilə ümidlər hələ də davam edir.