İstirahət günü çox yatmayın - ölə bilərsiz

21 Noyabr, 2018 12:40 | Həyat Tərzi | Baxış sayı: 135
Yuxu
Yuxu

İstirahət günlərində yuxu rejimi balansı pozulur

İş həftəsindən sonra, istirahət günlərində normadan çox yatmaq sağlamlıq üçün ziyandır. Arizona universitetindən olan peşəkarlar bu qənaətə gəliblər. 

Belə olan halda insanın bioloji saatı ilə istirahət günü rejimi arasında balans pozulur. İnsanlar istirahət günləri gec yatır və gec dururlar. İş günlərində isə bunun əksini edirlər. 

Yatmaq və durmaqdakı hər bir saatlıq fərq insult və infarkt riskini 11 faizə qədər artırır. 

Bundan başqa artıq çəkiyə də bu təsirsiz ötüşmür.