Bu ölkələrdə nəfəs almaq ömrü qısaldır

21 Noyabr, 2018 10:33 | Həyat Tərzi | Baxış sayı: 90
Çirkli hava
Çirkli hava

Dünyanın ən çirkli havasına malik olan ölkələrin adları

Dünyanın ən çirkli havası olan şəhərləri seçilib. Bu siyahını ABŞ-ın Çikakoqo universitetinin enerji siyasəti institutu hazırlayıb. 

Antireytinq siyahısına Hindistan başçılıq edir. Onu isə Nepal izləyir. Bu ölkələrdəki hava o qədər çirklənib ki, bu artıq insan ömrünə təsir edir və onu əhəmiyyətli dərəcədə (təqribən 4 il) azaldır. Bəzi şəhərlərdə isə bu rəqəm 6 ilə kimi uzanır. 

Çin də ən çirkli havaya malik olan ölkələr arasında qabaqcıəl yerlərdən birini tutub. Məsələn, burada çirkli hava orta ömrü 2,9 il azaldır. ABŞ-da isə bu rəqəm 0,1 ildir.

Elm adamlarının fikrincə, dünya əhalisinin 70 faizi Ümumdünya Sağlamlıq Təşkilatının normalarına uyğun olmayan hava ilə nəfəs alır. Bu insanların böyük əksəriyyəti Asiyanın payına düşür.