İşləyən qadının qarderobunda mütləq olmalı olan 15 geyim - FOTO

21 Noyabr, 2016 14:48 | Həyat Tərzi | Baxış sayı: 92
Qadın qarderobu
Qadın qarderobu

Bu geyimlər rahatlığınızı təmin edəcək

Hər bir qadının qarderobu müxtəlif geyim növləri ilə zəngindir. Fərqli parçalardan şalvarlar, uzun və qısa donlar, hündür və ya düz ayaqqabılar, rəngarəng çantalar və sairə... Bu geyimlər zərif cinsin daima gözəl görünməsinə xidmət edən bir vasitədir. 

Amma iş qadınlarında vəziyyət nisbətən fərqlidir. Onlar gün ərzində ofis şəraitində həm gözəl, rahat olmalıdırlar. İstiPress.com gözəlliyindən, zərifliyindən heç nə itirmədən rahat olmaq üçün bütün çalışan qadınların qarderobunda mütləq olması gərəkən 15 geyim növünü təqdim edir: 

Dar şalvarlar  

Bu şalvarlar sizə özünüzü əsl rəhbər kimi hiss etməyə kömək edəcək. Söhbət təbii ki, dar cins şalavardan getmir. Bu tipdə olan geyimlərin yuxarı hissəsi bədənə yapışsa da, aşağısı nisbətən boş qalmalıdır. Ayaq uzunluğu topuqdan bir neçə sm yüksəkdə bilməlidir. 

Çiyninizi formaya salacaq pencək (blazer)
 
Bu növ üst geyimi boyun uzun görünməsini təmin edir, həm də özünə inamı artırır. Blazer pencəkləri dolabınızdakı geyimlərin 80 faizi ilə də rahat uyğunlaşdıra bilərsiniz. 

Qələm ətək
 
Qələm ətək hər zaman iş qadını anlayışı ilə assosasiya edilir. Ofis klassiki olsa da, onun düzgün formasını tapmaq elə də asan deyil. Belə ətəyin bel hissəsi üzərinizə tam oturmalı, bud nayihəsi isə rahat olmalıdır.

Ağ köynək

Bəzək yox, qaş-daş yox, demək ki, problem də yox. Qələm ətək, dar şalvar, pencək- ağlınıza gələ biləcək hər şeylə rahat kombin edərək bir anda şık və rahat ola bilərsiniz. Bütün günü gözəl görünmək üçün qırışmayan parçalar seçin. 

Hündürbel şalvar
 
Dar kəsim şalvarlarla yanaşı qarderobda hündür bel şalvarlara da mütləq yer verin. Bu tip şalvar vizula olaraq ayaqlarınızı daha hündür və arıq göstərəcək. Xüsusilə hündürdaban ayaqqabı iə geyinsəniz nə qədər möhtəşəm görünüşə nail olduğunuza özünüz belə inanmayacaqsız. 

Qara hündürdaban 
 
Dabanın çox hündür olmaması və burunun bir az iti olmasına diqqət edin. Bu əsl ofis ayaqqabısıdır. 

Babetlər 
 
Hüdürdaban ayaqqabının içində nə qədər rahat olsanız da dəyişiklik naminə belə olsa bir neçə babet alın. Bu cür ayaqqabını ofisinizdə saxlasanız da olar.

Kokteyl üçün don 
 
İşdən sonra qatıla biləcəyiniz kokteylləri, yeməkləri nəzərə alın. Bədəninizi tam tutan bir qısa geyim ən ideal variantdır. Bu geyimi pencəklə kombin edərək gündəlik ofis geyimi kimi də istifadə etmək olar. Zəriflik üçün qara, tünd göy kimi rəngləri seçin. Bu rəngləri aksesuarlarla zənginləşdirən zaman görüntü daha xoş olur. 

Ətək görünüşlü şalvar
 
Qısa ətək görünüşlü şalvarınız yoxdursa mütləq alın. Bu geyimlər ətək qədər şık, şalvar kimi rahatdır. 

Plaş (trençkot)
 
İşləyib-işləməməsindən asılı olmayaraq bu geyim hər bir qadının qarderobunda olmalıdır. Zərif  və zamansız trençkotları cins şalvardan tutmuş, idman ayaqqabısına kimi hər şeylə kombin edə bilərsiniz.

Tünd rəngli cins şalvar

Bu rəngli və teksturalı geyimlər cümə şıklığı üçün idealdır.  Tünd rəngli, enli cinslərlə gözəlliyinizdən, zərafətinizdən heç nə itirmədən rahatlığınızı təmin etmiş olursunuz. 

Qolsuz bluz
 
Sərin havalarda belə pencək, jiletlə geyinə biləcəyiniz qolsuz ipək kofta ən çox seçilən geyimlərdəndir. Ondan həm yayda, həm yazda, həm də payızda istifadə etmək mümkündür. Belə tipli koftalar seçərkən çalışın pastel rənglərə üstünlük verin. 

Boğazlı kofta 
 
Qonsuz ipəyə ən yaxşı alternativ boğazlı nazik uzunqol sviterlərdir. Sadə rəngli sviter seçərək onu jaket, pencək, hətta uzun dəbli jiletlərlə də kombin edə bilərsiniz.

Şal
 
Böyük, zərif cizgili şallar keşmişə qayıdışın ən gözəl nümunəsidir. Ofis şəraitində belə sadə bir geyimin üzərində, çiyninizə sala biləcəyiniz şal sizi diqqət mərkəzində saxlayacaq.

Böyük və şık çanta 

Qadın dedikdə ağla ilk gələn açarlar, daima çalan telefon, ətir, makiyaj vasitələri gəlir. Bunlar üçün isə çanta şərtdir. İş qadınlarında isə bunlarla yanaşı sənədlər, ehtiyat ayaqqabı, kitabça və sairə də olduğunu nəzərə alsaq qarderobunuzdan iri, amma sadə çantaları əksik etməməyi məsləhət görə bilərik.