Xərçəng olmamaq üçün bunları yeməyin SİYAHI

21 Sentyabr, 2019 15:16 | Həyat Tərzi | Baxış sayı: 455
Kabab
Kabab

Xəstə hüceyrələr bu məhsullarla qidalanır

Əsrin xəstəliyi olan xərçəngin qəbul etdiyimiz bəzi qidalarla birbaşa əlaqəsi var. Bu qidalar qısa müddət ərzində bizi ölümə apara biləcək xəstəliklərə dəvətnamə rolunu oynayırlar. Bəs onlar hansılardır?

Yanmış yeməklər

Manqalda yanan ət çoxunun sevdiyi bir dad ola bilər. Amma yeməmişdən öncə iki dəfə düşünün. Çünki bu hissədə dəmirdən çıxan kimyəvi maddələr birbaşa ətə təsir edir. 

Popkorn

Xüsusi ilə mikrodalğalı sobada partladılan qarağıdalı. Bu adətən ağciyər xərçənginə yol aça bilər.

Yağlar

Xüsusi ilə hazır qidalar, fast fudda istifadə edilən marqarin tipli yağlar təhlükəlidir. Trans yağların xərçəng hüceyrələrini inkişaf etdirdiyi isə dəfələrlə təsdiqlənib. 

İşlənmiş ət

İşlənmiş ət məhsullarının hazırlandlığı heyvanlarda kimyəvi məhsullardan istifadə edilməsi böyük ehtimaldır. Onların tərkibinin dəyişməməsi üçün qatılan nitratlar isə daha təhlükəlidir. Hər il işlənmiş ət 34 min insanın ölümünə yol açır. 

Ağ un 

Əslində bu adı dəyişdirilən şəkərdir. Ağ unun tərkibindən faydalı taxıl məhsulları çıxarılır, ağardılır, müxtəlif maddələrlə qarışdırılır və tanınmaz hala düşənə kimi işlənir. 

Qırmızı ət

Ət qan azlığı başda olmaqla bir çox problemi olanlar üçün faydalıdır. Amma qırmızı ətin daha uzun müddət qalması üçün xeyli qoruyucu maddələr vurulur. Bu isə onun tərkibini dəyişərək xərçəng yaratmasına yol aça bilər. 

Qırmızı ət
Qırmızı ət

Pəhriz içkiləri

Artıq çəkidən azad olmaq yaxşı düşüncədir. Amma şəkərli içkiləri onların pəhriz üçün olan alternativləri ilə əvəz etməyin. Belə içkilərə qatılan aspartam adlı maddə beyin, qan kimi təhlükəli xərçəng növlərinin yaranmasına yol aça bilər.

Konserv məhsullar 

Bu məhsulların tərkibindəki ən zərərli şey bizfenol adlanan maddədir. Xüsusi ilə süd vəzi xərçənginin yaranmasında rolu böyükdür. 

Ağ şəkər

Şəkər ziyandır - bu qətidir. Amma ziyanlı olan meyvələrin tərkibindəki təbiisi yox, işlənmiş ağ şəkərdir. Xərçəng hüceyrələri də şəkəri çox sevir və onlarla qidalanır. 

Cips 

Akrilamit - bu, silikonda, siqaret dumanında, yapışdırıcılarda və cipsə olan bir maddədir. Bu maddə eyni zamanda fast fud restoranlarındakı kartof qızartmasında da mövcuddur. 

Oqranik olmayan meyvə tərəvəz

Saf halı ilə meyvə və tərəvəz sağlamlığımızın ən böyük dostudur. Amma bu gün onların tərkibinə belə o qədər kimyəvi maddələr qatırlar ki, xeyirdən daha çox ziyanı gözə dəyir. 

Mayalı qidalar

Bu məhsul ilə bağlı mübahisələr hələ də davam edir. Amma elm adamlarının çoxu onun qida borusu xərçəngi başda olmaqla bəzi xəstəliklərə yol açdığını iddia edir.