Onlar 110-120 il yaşayır, xərçəngə tutulmurlar FOTOLAR

21 Sentyabr, 2018 15:40 | Həyat Tərzi | Baxış sayı: 331
Hunzalar
Hunzalar

Yoganın gündəlik həyat tərzinə çevirən türklər

Bu tayfadan olanlar 110-120 il yaşayırlar. Söhbət müsəlmanlardan ibarət olan Hunza türklərindən gedir. Hunza türkləri Çin və Əfqanıstanın sərhəddində, Pakistanın Kəşmir şəhərində məskunlaşıblar.

Hunza vadisindəki dağlardan təmiz hava udan, qurutduqları meyvələrlə qidalanan türklər demək olar ki, ağır xəstəliklər, o cümlədən xərçəngə yoluxmurlar. Bundan başqa onlar yaşlarından daha gənc görünürlər.

Onların həyatı elm adamlarının da marağına səbəb olub. İddiaya görə, bu türklər çoğrafi şərtlər və iqlim dəyişkənliyi səbəbi ilə Sibir, Rusiya düzəniklərindən Mərkəzi Asiya çöllərinə eniblər. Onların ovçuluq məşğuliyyətini çobanlıq əvəz edib.

Hunza türklərinin bu qədər uzun yaşaması və sağlam olmasının səbəbi dənizdən 6 min hündürlükdə, oksigenlə bol olan bölgədə məskunlaşmaları, öz qidalarını özlərinin istehsal etməsi, dağlardan gələn suyu içib, təmiz hava udmalarındadır.

Uzun ömürləri ilə seçilən bu tayfa olduqca az yemək yeyir. Yeməkləri isə müxtəlif ədviyyatlarla zəngindir. Qida rasionlarında arpa, darı, buğda olduqca böyük yer tutur. Bütün meyvə və tərəvəzləri ciy yeyirlər.  Türklər tam vegeterian olmasa da, ət günlük qidalarının olduqca az bir hissəsini təşkil edir. Demək olar ki, həftədə bir dəfə ət yeyirlər. 

Hunzaların gəncliyinin digər bir sirri isə çox hərəkət etmələridir. Onlar hər gün dağlarda yürüyüşə çıxır, tarlada çalışırlar.
Bundan başqa onlar gündəlik həyatlarında müəyyən yoqa texnikalarından da faydalanır, nəfəs texnikasından istifadə edirlər.