Dini Komitədən Məhərrəm ayı tövsiyysi

21 Avqust, 2019 09:58 | Həyat Tərzi | Baxış sayı: 123
Məhərrəm ayı
Məhərrəm ayı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Məhərrəm ayı ilə bağlı tövsiyyə verib. Astarada tədbir keçirən DQİDK-nın sədr müavini Səyavuş Heydərov sentyabrın 1-də Müsəlman dünyasında Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərinin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsinin verdiyi Fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini diqqətə çatdırıb.

Xatırladaq ki, Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək. Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-dur.

Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı bir ay davam edəcək. 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bildirib ki, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.