Depresiyadan çıxaran limonad

21 Avqust, 2019 14:45 | Həyat Tərzi | Baxış sayı: 127
Limonad
Limonad

Sarıkökün bilinməyən daha bir faydası üzə çıxdı

Depressiya son dövrlərin ən böyük problemlərindən biridir. Bu dərddən əziyyət çəkənlərin sayı günü-gündən artır. Bəziləri bundan canını psixoloqların köməyi ilə, bəziləri isə təbii çaylar, qidalarla qurtarmağa çalışır. 

Depressiya ilə ən yaxşı mübarizə aparan vasitlərdən biri də sarıkökdür. Bu ədviyyat hələ qədim dövrdən özünün tibbi təsirləri ilə məşhur olub. Ondan onlarla xəstəliyin müalicəsində geniş istifadə edilib. 

Məsələn, sarıkök sağlam hüceyrələri xərçəngə yoluxmasının qarşısını alır. Dəri xərçəngi ilə savaşır, xolestrolu tənzimləyir, ishal, qaraciyər, mədə problemlərində faydalıdır. İndi isə elm adamları onun daha bir faydasını üzə çıxarıblar. 

Əgər depressiyadan əziyyət çəkirsinizsə və aşağıdakı əlamətlər varsa bu sarıköklü limonadı sınaqdan keçirə bilərsiniz. Ancaq istifadədən öncə həkiminizlə məsləhətləşməyi unutmayın.

Qayğı, uyuşmaq
Ümidsizlik
Narahatlıq
Vərdiş etmədiyiniz uzun yuxu və ya yuxusuzluq
Enerjinin azalması, xroniki yorğunluq
Diqqət pozuqluğu

Lazım olanlar: 

4 stəkan soyuq su 
2 yemək qaşığı sarıkök
4 qaşıq bal
2 limonun suyu
1 ədəd portağal suyu 
1 ədəd çubuq darçın 

Bütün məhsulları bir qaba qoyun və qarışdırın. Vahid kütlə halına düşdükdən sonra darçını atın. Təsirlərini 2-3 gündən sonra görmək mümkün olacaq.