Bakıda aşpazların konqresi başladı

21 Avqust, 2018 12:53 | Həyat Tərzi | Baxış sayı: 52
Aşpaz
Aşpaz

Bakı “Boulevard Hotel”də ölkəmizin qastronomik həyatında əlamətdar hadisə - Azərbaycan aşpazlarının birinci konqresi keçirilir.

Konqresin əsas məqsədi təcrübə və fikir mübadiləsi aparılması üçün platforma yaratmaq, aşpaz və qida istehsalçılarını bir araya toplamaqdır.

Konqres çərçivəsində bir neçə təqdimat keçiriləcək, bunlardan biri aşpazlara həsr olunmuş ilk sayt – chefs.az saytının təqdimatı olacaq. Bu sayt vasitəsilə aşpazların reyestri, vakansiyalar bölməsi, xəbərlər və digər faydalı məlumatlara çıxış əldə etmək olacaq. Həmçinin uşaq evləri və aztəminatlı ailələrdə böyüyən gənclərə aşpazlıq sənətinin əsaslarını öyrənməyə köməklik edəcək “İlk Addım” xeyriyyə layihəsinin təqdimatı olacaq. 

Həmçinin konqres çərçivəsində “Azərbaycan Aşpazlarının Gildiyası”nın yaradılması elan olunacaq, inkişaf planları və gələcək perspektivləri haqqında məlumat veriləcək.

Konqresin təşkilatçısı kulinar bloger Fərhad Aşurbəylinin sədrlik etdiyi Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyidir. Konqresdə Azərbaycan və xaricdən olan ümumilikdə 200-ə yaxın qonağın iştirakı planlaşdırılır.