43 milyonluq toy FOTOLAR

21 May, 2018 09:55 | Həyat Tərzi | Baxış sayı: 221
Şahzadə Harrinin toyu
Şahzadə Harrinin toyu

Beş metrlik fata və briliyantlarla dolu tac

İngilislər başda olmaqla bütün dünya iki gün öncə ilin toyuna şahidlik etdi. Aylardır hazırlıq işləri davam edən mərasim qüsursuz bir şəkildə baş tutdu. Britaniya kraliçası II Yelizavetanın nəvəsi, xeyirxahlığı ilə dünyada ad çıxan şahzadə Diananın kiçik oğlu,  taxt tacın 6-cı varisi şahzadə Harri özündən 3 yaş böyük olan aktrisa nişanlısı Meqan Markla rəsmən nikaha daxil oldu.

İngiltərə mətbuatı Harri və aktrisanın toyunun necəyə başa gəldiyini hesablayıb.  Təhlükəsizliyin ən yüksək səviyyəyə çatdırıldığı mərasim üçün nə az, nə çox düz 43 milyon dollar pul xərclənib. Bu pulların böyük qismi - təqribən 40 milyonu təhlükəsizlik tədbirlərinin görülməsinə istifadə olunub. 

Təşkilatçılığa 150 min, musiqi tərtibatına 400, floristlərin işinə 150, fotoqraf və operatorlara 23, qonaqların qidalandırılmasına 385 min dollar sərf edilib. Ancaq toy torunun qiyməti 65 min dollardan çox olub. 

Gəlinlik bu toyun ən çox marağa səbəb olan atributlarından biri hesab edilirdi. Təqribən 155 min dollara yaxın qiyməti olan Meganın sadə atlasdan olan gəlinliyini "Givenchy" modalar evi hazırlayıb. Beş metrəlik fatanın üzəri çiçəklərlə bəzədilib. 

Sadə deyimi II Yelizavettanın nənəsinə məxsusu olan briliyanlarla bəzədilən tac tamamlayıb. Bu tac 1932-ci ildə kraliça Meri üçün hazırlanıb.