Yəməndə dəhşət: Vəbadan 242 nəfər öldü

21 May, 2017 11:27 | Həyat Tərzi | Baxış sayı: 117
Yəməndə vəba
Yəməndə vəba

Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır

Son üç həftə ərzində Yəməndə 242 nəfər vəbadan vəfat edib.

İstiPress “comments.ua”ə istinadən xəbər verir ki, dəhşətli xəstəlik  artıq 23 min nəfərdə aşkarlanıb.  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasına görə, əgər tədbir görülməzsə yaxın 6 ay ərzində 250-300 min nəfər xəstəliyə yoluxa bilər.

Yəmən hökuməti xəstəlik barədə 2016-cı ilin oktyabrında məlumat verib. ÜST-ün məlumatına görə, yoluxma riski yüksək olan rayonlarda təxminən 7,6 milyon nəfər yaşayır və xəstəlik sürətlə yayılır.

Təşkilat bildirir ki, iki ildir ölkədə hərbi əməliyyatlar getdiyindən, səhiyyə xidmətləri pisləşib. Məhz bu səbəbdən vəbanın qarşısını almaq çətinləşib.