Yazın ortasında Azərbaycanı qəfil yaxalayan qış keyfi - FOTO

21 Aprel, 2019 11:07 | Həyat Tərzi | Baxış sayı: 253
"Şahdağ" istirahət mərkəzi - 21 aprel 2019-cu il
"Şahdağ" istirahət mərkəzi - 21 aprel 2019-cu il

Əyləncə mərkəzi çox ciddi şəkildə yay mövsümünə hazırlaşırmış

Son iki gündə şimal bölgəsində yağan qar Qusar rayoonundakı "Şahdağ" turizm mərkəzinin ərazisində də özünü göstərib.

İstiPress-in şimal bürosunun məlumatına görə, ərazidə 10 sm-ə yaxın qar yağıb, şaxtalı hava müşahidə olunub və olunmaqdadır.

Maraqlıdır, qarın yağması "Şahdağ"a turist axınını artırıbmı və aprel ayında kanat yolları  işlək vəziyyətindədirmi? "Şahdağ" turizm mərkəzinin marketinq direktoru Rauf Cahangirov bu gün və ötən gün qeyd olunan qarlı hava şəraitini gözlənilməz adlandırıb: "Proqnoz verilsə də aprel ayında belə qeyri-sabit hava şəraitini gözləmirdik. Amma, təəssüf ki, mövsüm başa çatdığı üçüen kanat yollarımızın fəaliyyəti dayandırılıb. Qış mövsümünü mart ayının sonunda başa vurmuşuq. İndi "Şahdağ"a gələn turistlər təbiətin qar sürprizindən zövq ala və işlək vəziyyətdə olan 2 hotelimizin xidmətindən istifadə edə bilərlər".

Rauf Cahangirov əvəzində çox ciddi şəkildə yay mövsümünə hazırlaşdıqlarını deyib. Onun sözlərinə görə, hazırda ağır qış mövsümündən çıxmış texniki avadanlığın və sistemin yay mövsümünə hazırlanması işləri gedir, onlara baxış keçirilir, işlək olub olmadıqları öyrənilir. Marketinq direktoru məlumat verdi ki, bu yay mövsümü "Şahdağ" turizm mərkəzində bir sıra yeniliklər olacaq: "Bu, sürpriz qalsa, yaxşıdır. Komanda şəklində düşünürük ki, əsasən qış idman növlərilə, xizək turizmilə, kanat yolları ilə tanınan "Şahdağ"ı turistlərə həm də yay idman əyləncələrilə də tanıdaq. Necə dəyərlər, yayı qışından da gözəl unikal dağ kurortu kimi görmək istəyirik bu məşhur məkanı. Bu istiqamətdə ciddi hazırlıq işləri gedir. Ümid edirəm, qarşıya qoyduğumuz məqsədə nail ila biləcəyik".

"Şahdağ" turizm mərkəzinin marketinq direktoru Rauf Cahangirov mayın 4-dən yay idman əyləncələrinə start veriləcəyini buldirib. O yerli və xarici turistlərin bu yay mövsümündə sürpriz əyləncələri gördükdən sonra bura olan axının daha çox müşahidə olunacağını da vurğulayıb.

"Şahdağ" istirahət mərkəzi - 21 aprel 2019-cu il
"Şahdağ" istirahət mərkəzi - 21 aprel 2019-cu il