Aclıq gəlmədən arıqladan qidalar - FOTO

21 Aprel, 2017 18:58 | Həyat Tərzi | Baxış sayı: 216
Alma
Alma

Bu qidalarla pəhrizi pozmayacaqsız

İndi demək olar ki, hər kəs yaya gözəl bədən quruluşu ilə çıxmaq üçün çalışır. Pəhrizdə olanların ən böyük problemi isə aclıqdır. Çox zaman güc gələn aclıq hissi əziyyətlə saxlanılan pəhrizi pozmağa vadar edir və karbohidratlı qidalara təslim oluruq. Amma bəzi qidaları rasiona daxil etməklə siz həm sağlam, həm də daha uzun müddət tox qala bilərsiniz. Bəs bunlar hansılardır?

İstiPress kalorisi az, tox saxlamaq qabiliyyəti isə yüksək olan məhsullardan bəzilərini təqdim edir. 

Yulaf əzməsi 

Səhər yeməyi zamanı süd və yoqurtla birlikdə qəbul edilməsi saatlarla tox saxlaya bilər. Bu bol vitaminli qida həm də qan şəkərini tənzimləyir.

Alma 

Ən yüksək lif dəyərinə sahib meyvədir. Həm doyurucu, həm də bağırsaqları təmizləyici təsirə malikdir. Yeməkarası üçün əvəzedilməz və bol vitaminli vasitədir.

Xiyar 

Tərəvəzin böyük hissəsi sudan ibarətdir. Bunun üçün gün ərzində aclıq hiss etdiyiniz zaman yeyə bilərsiniz. Kalorisi olduqca az olan tərəvəzdən daha çox fayda almaq üçün qabığını soymayın.

​Cəfəri 

Bu göyərti C vitamini ilə zəngindir. Cəfəri suyu həm də detoks təsirə malikdir. 

Yumurta 

Bu məhsul proteinlə zəngindir və demək olar ki, bütün pəhrizlərdə öz yerini alıb. Xolestrol problemi olanlara ancaq ağından istifadə məsləhətdir. Səhər yeməyində qəbul edilən yumurta soyutması sizin nahara kimi əziyyət çəkmədən tox qalmağınıza kömək edəcək. 

Yaşıl çay 

Karbohidratların qana qarışmasını zəiflədir və daha uzun müddət tox qalmağa kömək edir. 

Ağartı

Az yağlı süd, qatıq və yoqurt kalsium və proteinlə zəngindir. Protein isə uzun müddət toxluq deməkdir. 

Çərəz 

Çərəzin ən böyük faydası onun şəkərsiz olmasıdır. Gün ərzində bir ovuc qəbul etmək məsləhətdir. Amma bu axşam saatlarına düşməməlidir. Çünki axşamlar metabolizma zəifləyir, qəbul edilən kalori yanmır. 

Darçın

Həm iştahı azaldır, həm də qan şəkərini tənzimləyir. Gün ərzində darçını yoqurta və ya az yağlı südə qataraq içmək olar.

Süd
Süd
Darçın
Darçın