Novruzda alma təbriki

21 Mart, 2019 13:46 | Həyat Tərzi | Baxış sayı: 131
Alma
Alma

Naxçıvana məxsus bayram adəti

Xalqımızın milli bayramlarının ən gözəli  Novruzla bağlı bir çox  adətlər qorunub saxlanılmaqdadır. Bayram günlərində yaşlı insanları ziyarət etmək, onlarla söhbətləşmək belə qorunan adətlərdəndir.

Naxçıvanda bununla bağlı maraqlı bir ənənədən danışsaq, yerinə düşər. Muxtar Respublikanın bütün rayonlarında martın 20-si -bayram günü cavanlar bir alma götürərək  kəndin ağsaqqallarının görüşünə gedirlər. Culfa rayonunun Ləkətağ sakinlərindən aldığımız məlumata görə, bayram günü - martın 21-də isə ağbirçək yaşlı qadınlar ziyarət olunur.

Həmin gün kəndin qız-gəlinləri bir alma ilə yaşlı, qoca qadınların görüşünə gedir, bayramlaşırlar. Bu adət Naxçıvanın bütün yaşayış məntəqələrində həyata keçirilir.

Bayramda yaşlıları ziyarət eləmək Azərbaycanın bütün rayon və şəhərlərində mövcuddur. Bir alma ilə fərqli günlərdə ağbirçək və ağsaqqalları ziyarət etmək isə Naxçıvana məxsus Novruz adətidir.