Çeçen liderin qızı Moskvanı heyran etdi (FOTO)

21 Mart, 2017 10:00 | Həyat Tərzi | Baxış sayı: 367
Çeçen liderin qızının moda nümayişi
Çeçen liderin qızının moda nümayişi

Ayşat Kadırova kolleksiyasını təqdim etdi

Çeçenistan lideri Ramzan Kadırovun gənc qızı Moskvanı da heyran qoydu. İstiPress-in məlumatına görə, özünü modelyer kimi sınayan Ayşat Kadırova kolleksiyasını Moskvada təqdim edib.

18 yaşlı Ayşat kolleksiyasını "Firdaws" adı altında yaradıb. Gənc modelyer "Mercedes-Benz Fashion Week Russia" moda həftəsi çərcivəsində kolleksiyasını təqdim edib. Kolleksiyada 45 geyim olub.

Müsəlman qadınları üçün nəzərdə tutulan geyimlər etno stildə olub. Onların hazırlanmasında məxmər, şifon, ipək, fransız güpürü kimi materiallardan istifadə edilib.

"Firdaws" moda evini Kadırovun həyat yoldaşı Mədinə Kadırova 2009-cu ildə yaradıb. 2016-cı ildə isə bu məkanı o öz qızına verib.