Bu kənddə 10 ildir oğlan doğulmur

21 Fevral, 2020 10:57 | Həyat Tərzi | Baxış sayı: 1469
bu-koyde-10-yildir-tek-erkek-bebek-dunyaya-717214_6756_6_b
bu-koyde-10-yildir-tek-erkek-bebek-dunyaya-717214_6756_6_b

2010-cu ildən sonra kənddə doğulan körpələrin hamısı qızdır

Polşanın bu regionunda 10 ildə bir oğlan uşağı dünyaya gəlməyib. Miejsce Odrzanski adlı kiçik kənddə 2010-cu ildən bu yana doğulanların hamısı qızlardır. Uşaqlar arasındakı belə balansın pozulmasının təsadüf və ya elminin açıqlamasının olub-olmadığı isə bəlli deyil. 

Kənddəki son oğlan körpə 10 il öncə anadan olub. Bunun üçün də kənddə kişi işlərini də ailələr qızlara öyrətməyə başlayıblar. Məsələn, qızlar könüllülərdən ibarət yanğınsöndürmə dəstələri yaradıblar, ilkin tibbi müdaxilə dərsləri alırlar. 

Mövcud vəziyyət elm adamlarının da diqqətini çəkib. Kənddəki genetik bərabərsizliyi araşdırmaq istəyənlərin sayı gündən günə artır.

Bələdiyyə başçısı Krystina Zydziak isə oğlan uşağı doğulan ailələrə mükafat veriləcəyini bildirib. "Növbəti oğlan uşağının adını küçəyə qoymağı belə düşünmüşəm. Həmin körpənin şərəfinə ağaclar da əkəcəyik".