Minlərlə kişi soyundu və ...

21 Fevral, 2017 17:39 | Həyat Tərzi | Baxış sayı: 261
Yaponiyada çılpaq adam festivalı
Yaponiyada çılpaq adam festivalı

500 illik festival

Yaponiyada ənənəvi Çılpaq Adam (Naked Man) festivalı keçirilib. İstiPress-in xarici mətbuata istinadla verdiyi məlumata görə, minlərlə çılpaq kişi soyuq havaya baxmayaraq festivala qatılıb. 

On minə yaxın kişi soyuq havada küçəyə sumo güləşçilərinin geyindiyi “mavashi” adlı geyimdə çıxıblar. Onlar dondurucu soyuqda havadan atılan çubuqları yaxalamaq üçün mübarizəyə başlayıblar. Festivalın 500 illik tarixi var. 

Festival Okayama şəhərindəki Saidaiji Kannon məbədində olub və rəngli görüntülərə səhnə olub.  

Yapon inanclarına görə, atılan çubuqları tutan kişilərin il boyu bəxti gətirəcək. 

Bənzər festivallardan biri də də Yaponiyada yanvar ayında olur. “Kanchu Misogi” festivalında  kişilər çılpaq şəkildə hovuza girirlər. Onlar bunun pis ruhlardan təmizlənməyə kömək etdiyinə inanırlar.