Bənövşəyi rəngli uşaq FOTO

21 Yanvar, 2020 10:06 | Həyat Tərzi | Baxış sayı: 158
Körpə
Körpə

Unikal rəngə sahib dərili uşaq Britaniyada doğulub

Böyük Britaniyada bənövşəyi rəngli uşaq üzə çıxıb. Unikal dəriyə sahib qızı anası qorxusundan hər kəsdən 6 həftə gizlədib. Bu barədə "Daily Mail" yazıb.

Sara Ferrou adlı ana Leysi-Di Barret adlı qızının doğum ləkəsinin rənginin fərqliliyinə görə gündəm olacağındna ehtiyat edib. O ətrafdakıların körpənin zorakılığa məruz qaldığını və ya hər hansı ağır xəstəlikdən əziyyət çəkdiyini düşünəcəklərindən qorxub. 

27 yaşlı ana "İnstagram"da belə rəng fərqinin anlaşılmaması üçün filtirlərdən istifadə edib. Ananın mövqeyinin dəyişməsinə səbəb isə qızının böyüyəndə ona verəcəyi suallar olub. Belə ki, qızının ondan utandığını düşünməsi fikri qadını həqiqətləri açmağa vadar edib. 

Qadının sözlərinə görə, qızı doğulanda doğuş ləkəsi ancaq sinəsində olub. Lakin bir necə saata bu ləkə demək olar ki bütün bədənə yayılıb və onun rəngi bənövşəyiyə çevrilib.  "Bu əsl şok idi. heç həkimlər nə etmək lazım olduğunu bilmirdilər". 

Körpəyə bir neçə ay öncə dəqiq diaqnoz qoymaq mümkün olub - dəri xəstəliyi. Bu halın səbəbi isə qan damarlarının kifayət qədər yaxşı inkişaf etməməsidir.