Dünyanın ən iri kriminal qruplaşması dağıdıldı

21 Yanvar, 2017 18:35 | Həyat Tərzi | Baxış sayı: 159
Cinayət izi
Cinayət izi

Darkode adlı foruma hücum oldu

Xakerlər Darkode adlı xaker foruma hücum edib istifadəçilərin şəxsi məlumatlarını oğurlayıblar.

Sözügedən forum, 2015-ci ildə FBI-nın istintaqından sonra bağlanmış məşhur platformanın eynisidir. İstiPress life.ru saytına istinadən xəbər verir ki, güman olunur ki, Darkode-un əvvəlki versiyasında ən professional xakerlər müxtəlif sistem boşluqlarını və zərərli tətbiqləri müzakirə edirdilər.

"Darkode-un böyük olmaq istəyən əziz fakeləri! Biz sizin forumunuzu ələ keçirtmişik. Sizin adminləriniz səfehdirlər”, – deyə foruma hücum etmiş xakerlər ismarıcında belə qeyd ediblər. Məlum olub ki, xakerlərin hücum etdikləri platforma öz istifadəçilərini lazimi təhlükəsizlik ilə təmin etmirdi. Bu fakt forumun administrasiyasını çox narahat edir. Belə ki, istifadəçilərin məlumatlar bazası artıq satışa çıxarılıb və onlar dövlət orqanlarının əllərinə keçə bilərlər.