“Naftalan” MDB-dəki sanatoriyaların ilk üçlüyündə

20 Noyabr, 2019 15:49 | Həyat Tərzi | Baxış sayı: 89

“TurStat” kurortların reytinqini təqdim edib

Turizm portalı “TurStat” MDB məkanında istirahət və tibb sağlamlığı üçün nəzərdə tutulan kurortların reytinqini təqdim edib.

İstPress-in məlumatına görə, reytinqdə bildirilir ki, rusiyalı turistlər payız fəslində, əsasən Belarus, Azərbaycan və Qazaxıstana üz tuturlar: “Belarusun Naroç gölü sahilində yerləşən kurortlar, Azərbaycanın “Naftalan”, Qazaxıstanın Burabaya istirahət və sağlamlıq mərkəzləri MDB-də 2019-cu il üçün ən çox müraciət olunan yerlərdir”.