Azərbaycana ən çox turist göndərən ölkə

20 Noyabr, 2019 17:27 | Həyat Tərzi | Baxış sayı: 171
Nabranda xarici turistlər
Nabranda xarici turistlər

Gələn xarici vətəndaşların sayı 3 milyondan artıq olacaq

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9% və ya 264 min nəfər artaraq, təqribən, 2,7 milyon nəfərə çatıb. 

İstiPress-ə bu barədə Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.

Bildirilib ki, bu da 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir.

Qonaqların böyük hissəsi Rusiyadan (təqribən 800 min nəfər) və Gürcüstandan (təqribən 600 min nəfər) gəlib. Bu iki ölkədən gələnlər Azərbaycanı ziyarət edən qonaqların 51,9%-ni təşkil edir.

Mərkəzi və Cənubi Asiyadan gələn xarici vətəndaşların sayında da müvafiq olaraq 47,9% və 37,8% artım müşahidə edilib.

2019-cu ilin oktyabr ayı ərzində Azərbaycanı 264 min nəfər xarici vətəndaş ziyarət edib ki, bu da 52 min nəfər və ya 24,7% artım deməkdir.

Ən yüksək artım 74,3%-lə İran və 65,1%-lə Orta Asiya ölkələri arasında qeydə alınıb. Mütləq sayda ən yüksək artım isə Gürcüstan (9,6 min nəfər və yaxud 18% artım) və Rusiyadan (9,2 min nəfər və ya 14.,% artım) gələnlər arasında müşahidə edilib.