Peyğəmbərin tövsiyyəsi - min bir dərdin çarəsi

20 Noyabr, 2018 13:25 | Həyat Tərzi | Baxış sayı: 299
Misvak
Misvak

Bu xoş qoxulu budağın tərkibində onlarla faydalı birləşmə var

Misvak müasir diş fırçalarının ən yaxşı alternatividir. Əsrlərlə dayanan misvak istifadəsi ənənəsinin faydalarını bilənlərin sayı yəqin ki, o qədər də çox deyil. Budağa bənzəyən bu bitki ağız və diş sağlamlığı üçün ən yaxşı təbii vasitələrdəndir. Bu bitkinin yaşı bəşəriyyətlə bərabər olsa da, Məhəmməd peyğəmbərin (s.ə.s) tövsiyyəsindən sonra məşhurlaşıb.

Misvak nədir? 

Misvak səhralarda yetişən Arak adlı ağacın (Salvadora Persika) kök və budaqlarından əldə edilən xoş qoxulu bir məhsuldur. Onun tərkibində insan sağlamlığı üçün faydalı olan düz 35 təbii və kimyəvi maddə var. 

Misvakın faydası nədir? 

Diş ətlərini gücləndirir

Kariyesin qarşısını alır

Ağız qoxusundan qoruyur

Ağızdakı quruluğu aradan qaldırır

Səsi saflaşdırır

Bəlğəmi dayandırır

Vərm xəstəliyinin qarşısını alır 

Dişləri parladır 

Zəkanı gücləndirir

İştahı artırır

Görməni gücləndirir

Yuxu qaçırır

Həzmi asanlaşdırır

Bədəndəki rütubəti aradan qaldırır

Mədə köplərində faydalıdır

Təzə misvak necə seçilir? 

Açıq qəhvə rəngi onun təzə olmasından xəbər verir. Bundan başqa yaş olması da onun təzə olması mənasına gəlir. Misvakın uzunluğu bir qarış, qalınlığı bir barmak qədər olmalıdır. 

İstifadədən öncə onun bir ucunu suda (mümkün olsa gül suyunda) yumşaldın. Yumşaldıqdan sonra 2-3 sm-lik hissəni bıçaqla yonun. Yumşalma baş verməsə dişlərinizlə əzin. Nəticədə lif-lif ayrılan bir fırçanız olacaq.

Hər istifadədən öncə onu dişlərlə əzərək yumşaldın. Budaqdan gələn maddə həm dişləri ağardacaq, həm də ağız qoxusunu aradan qaldıracaq.

İstifadədən sonra yuyub ucu yuxarı saxlayın. Lifli hissəsi köhnəldikcə kəsin.