Azərbaycana gələnlərin sayı xeyli artıb - STATİSTİKA

20 Noyabr, 2018 17:25 | Həyat Tərzi | Baxış sayı: 53
Turist
Turist

Azərbaycana gələn bütün xarici vətəndaşların 31%-ni ruslar təşkil edir

Bu ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Şərq ölkələrindən Azərbaycana gələn səyahətçilərin sayında böyük artım müşahidə olunub. 

İstiPress-ə Dövlət Turizm Agentliyindən verilən məlumata görə, sözügedən regionlar üzrə səyahətçilərin sayı 330 min olub ki,  bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42% çoxdur. 

Ölkəyə ən çox qonaq Səudiyyə Ərəbistanı, İsrail və Küveytdən gəlib.

10 ay ərzində Azərbaycana gələnlər arasında Rusiya vətəndaşları 752 min səyahətçi ilə birinci yerdə durur. Rusiyalı səyahətçilər 2017-ci ilin eyni ayları ilə müqayisədə 3,3% artaraq Azərbaycana gələn bütün xarici vətəndaşların 31%-ni təşkil edir.

Bu dövrün statistikası ilə əlaqədar ən maraqlı fakt Hindistan və Pakistandan gələn səyahətçilərin sayının müvafiq olaraq 183% və 149% artmasıdır.

10 ay ərzində ölkəyə daxil olan səyahətçilərin ümumi artım tempi 6,1% təşkil edib, səyahətçilərin sayı isə 2,277 mln.dan 2,416 mln.a çatıb.