Bütün taksilərdə WiFi olacaq - Dubayda

20 Oktyabr, 2018 10:23 | Həyat Tərzi | Baxış sayı: 30
Dubay
Dubay

Layihə bir neçə mərhələdən ibarət olacaq

Dünyanın ən önəmli turizm məkanlarından birinə çevrilən Dubayda daha bir yenilik edilir. Belə ki, şəhərdəki bütün taksilərdə pulsuz internet olacaq. Söhbət qeydiyyatda olan 11 minə yaxın maşından gedir. Layihə bir necə mərhələdə icra ediləcək. 

İlk olaraq WiFi xidmətinə təlabatın olub-olmadığı müəyyən ediləcək. "Biz ilk olaraq insanların bu xidmətdən necə istifadə etdiyini yoxlamalıyıq", deyə internet təminatını hyata keçirəcək şirkətin nümayəndəsi bildirib.

Əslində Dubay taksilərində internet yenilik deyil. Hələ iki il öncə - 2016-cı ildə hava limanının 500 taksisi pulsuz WiFi ilə təmin edilmişdi. Keçən il isə sınaq çərcivəsində 700 maşında bu xidmət quraşdırılıb.