Toyda iki qadın yeməyə görə dava etdi VİDEO

20 Sentyabr, 2019 10:47 | Həyat Tərzi | Baxış sayı: 227
Yemək masası
Yemək masası

Qonaqlardan birinin çox yemək götürməsi digərinin xoşuna gəlməyib

İndoneziyada keçirilən toy iki qadının yemək davası ilə bütün dünyada "məşhurlaşıb".  Davanın görüntüləri internetdə yayılıb. Yayılan videoda iki qadının mərasim üçün qurulan "İsveç masası"na yaxınlaşdığı görünür. 

Onlardan biri acılı souslu, kokos südü ilə hazırlanmış milli yemək olan rendanq götürür. Birdən onun yanındakı çəhrayı geyimli qadına elə gəlir ki, qonaq öz qabına həddindən çox yemək çəkib. Bunun üçün də o həmcinsini təhqir etməyə başlayır. "Sən utanmırsan? Bu yeməklə bütün kəndi yedizdirmək istəyirsən?". 

Bu sözlər yemək götürən qadının xoşuna gəlməyib və nə istəsə onu da edə biləcəyini deyib. O da, öz həmcinsini növbəsiz masaya yaxınlaşmaqda günahlandırıb. 

Bundan sonra çəhrayı geyimli qadın digər qonağın əlindəki qabı alıb. Məhz bu onların arasında əlbəyaxa davaya səbəb olub. Yemək üstündə dalaşan iki qadını isə toyun digər qonaqları ayırmağa çalışıblar.