"Huawei"dən yeni flaqman FOTO

20 Sentyabr, 2019 10:22 | Həyat Tərzi | Baxış sayı: 41
"Huawei"n yeni modeli
"Huawei"n yeni modeli

Smartfon 1199 avarodur

"Huawei" yeni flaqman smartfonunu təqdim edib. "Mate 30"un təqdimatı Almaniyanın Münhen şəhərində baş tutub. Bu barədə şirkətin rəsmi "Tvitter" səhifəsində məlumat verilib. 

Yenilik 5 G şəbəkəsi sürəti ilə təmin edilib. O, daha güclü akkumulyatoru ilə rəqiblərini geridə qoyur. Aparatda 5G tezliyinin qəbulu üçün 14 antenna quraşdırılıb. 

Bundan başqa "Mate 30" üz tanıma və sürətli enerji toplama sistemi ilə təhciz edilib. Smartfon "Mate 30" 1199 avroya satılacaq. Baza versiyası 799, "Mate 30 Pro" isə 1099 avrodur. 

Hələlik "Huawei"in yeni modelini nə zaman və hansı ölkədən satışa çıxaracağı bəlli deyil.