Azərbaycanlı nazirin oğlu ABŞ-da evləndi FOTOLAR

20 Avqust, 2019 09:42 | Həyat Tərzi | Baxış sayı: 552
Elmar Məmmədyarovun oğlunun toyu
Elmar Məmmədyarovun oğlunun toyu

Cütlük nikaha keçən il girib, bu isə toy edib

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun toyu olub. İstiPress-in "qafqazinfo"ya istinadla verdiiy məlumata görə, Riyad Məmmədyarov Aleks Zapalla adlı xanımla ailə həyatı qurub.

Cütlüyün toyu ABŞ-da baş tutub. Nyu-York şəhərində keçirilən mərasim sadəliyi ilə diqqət çəkib.

Toyda Elmar Məmmədyarovla yanaşı, ailə üzvləri, eləcə də cütlüyün yaxınları iştirak ediblər.

Qeyd edək ki, Riyad Məmmədyarovla Aleks Zapallanın münasibəti 4 il öncə başlayıb. Onlar Nyu-York Universitetində təhsil alarkən tanış olublar. Cütlük rəsmi nikaha ötən ilin yayında daxil olub, ötən gün isə toy ediblər.

Elmar Məmmədyarovun digər oğlu Emin Məmmədyarov da ABŞ-da yaşayır.